Texnologiyanın səbəb olduğu xəstəlik - “Text neck” sindromu qlobal problemə çevrilir

  • 2024.02.21 14:21
  • 571 Baxış
Texnologiyanın səbəb olduğu xəstəlik -  “Text neck” sindromu qlobal problemə çevrilir
Smartfon və planşet kimi getdikcə artan mobil texnoloji cihazların uzun müddətli istifadəsi, xüsusən də dayaq-hərəkət sistemində bir çox problemlərə səbəb olur. Bu problemlərdən biri də “Text neck” sindromudur.

Bəs, bu sindromun əlamətləri hansılardır və onun qarşısını necə almaq olar?

“Text neck” baş və boynun uzun müddət əyri duruşu səbəbindən smartfon və planşet istifadə edən fərdlərdə yaranan əzələ-skelet sistemi problemidir. Son illərdə “Text neck” qlobal problemə çevrilib.

"Text neck"in tərifini ilk dəfə Dr. Din L. Fişmen verib. Onun fikrincə, bu sindrom uzun müddət smartfon və planşetdən istifadə edənlərdə boyun, baş və çiyin ağrısı və yuxarı ətraflarda uyuşma problemi olaraq üzə çıxır.

"Text neck"in altı əsas əlaməti var:

Boyun ağrısı,
bel ağrısı,
çiyin ağrısı,
baş ağrısı,
yuxusuzluq,
əllərdə uyuşma.

Sindromun əlamətlərini aradan qaldırmaq üçün nələr etmək lazımdır?

Mobil cihazlardan istifadəni azaltmaq

Qamətə hər zaman diqqət yetirmək

Gün ərzində fiziki hərəkətlər etmək


Gül