Teymur Musayev səhiyyə naziri təyin edildi - SƏRƏNCAM

  • 2022.01.19 12:29
  • 2613 Baxış
Teymur Musayev səhiyyə naziri təyin edildi -  SƏRƏNCAM
Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikası səhiyyə nazirinin birinci müavini vəzifəsindən azad edilib.

Medicina.az -ın xəbərinə görə, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, “Azərbaycan Respublikası səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyətinin verilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 aprel tarixli 2602 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 4, maddə 372) ləğv edilib.

Dövlət başçısının digər Sərəncamı ilə Teymur Yusif oğlu Musayev Azərbaycan Respublikasının səhiyyə naziri təyin edilib.