Tez qırılan, kövrək dırnaqlar - damarlarının tıxandığını göstərir

  • 2023.02.24 15:44
  • 2281 Baxış
Tez qırılan, kövrək  dırnaqlar   -    damarlarının tıxandığını göstərir

Əgər qan damarları tıxanıbsa, bu normal qan dövranına mane olur və ayaqda, eləcə də əldə dırnaqların tez qoparaq sınmasına səbəb olur.

Xolesterinin çox olması (aşağı sıxlıqlı lipoprotein və ya LDH) damarların daxili divarında toparlana bilər. Bu zaman onların keciriliciyi pozulur və damarlarda qan axını azalır. Zamanla bu proses periferik arteriyanın xəstəliyi olan PAD – a səbəb ola bilər.

“Medicina” xəbər verir ki, PAD – damarların daralması və orqan, toxumaların ehtiyac duyduğu oksigenin daha az çatdırılması deməkdir.

Bunun nəticəsində bəzi xarici simptomlar baş verə bilər. Məsələn ayaq dırnaqlarının vəziyyətinin dəyişməsi ilə nəticələnə bilər. Həkimlərin fikrincə kövrək ayaq dırnaqlarının qan damarlarında xalestrol yataqları ilə tıxanmaya gətirə biləcəyini göstərir.

Eləcə də dırnaq lövhələri qalınlaşırsa, parlaqlığını və sağlam rəngini itirə bilər.
Həkimlərin fikrincə, dırnaqların vəziyyətində belə dəyişiklik ən çox ayaq damarlarının tıxanması nəticəsində baş verir. Lakin bəzi hallarda beyinə və ürəyə gedən damarların xolesterin topalarından təsirləndiyinə işarə ola bilər. Bu da nəticədə insult və ya infaakt riskinin yüksək olduğunu göstərir.

PAD – ın digər əlamətləri tıxanmış arteriyalardır. Hətta belə bir xəstə adam qısa məsafələrdə belə gəzərkən ayaqlarında ağrı və ya sıxılma hiss etməyə meyillidir. Erkən mərhələlərdə adətən ağrı istrahətlə yox olur.

Günay