Tez-tez baş ağrıması hansı xəstəlikdən xəbər verir?

  • 2023.11.28 18:18
  • 1678 Baxış
Tez-tez baş ağrıması hansı xəstəlikdən xəbər verir?

Başda tez-tez sürəkli baş ağrıları gizli xəstəlik-anevrizmadan ola bilər.


“Medicina” xəbər verir ki, neyrocərrah Kirill Orlovun sözlərinə görə, kəskin ağrı tutmaları baş beyin arteriyalarında anevrizmadan qaynaqlana bilər.

“Anevrizma damarın üstündə qanla dolu qabarcıqdır, onun divarları çox nazikdir, ani olaraq qəfil təsirdən partlaya bilər. Anevrizma illərlə sakit davranır.

Səbəbi genetik, kəllə travmaları, təzyiq, damar problemləridir.


Zərərli vərdişlərdən siqaret, içki, oturaq həyat təsir edir. 3-5% insanda anevrizma olur.

Əlamətləri: yorğunluq, baş gicəllənmə, təzyiq, mütəmadi baş ağrısıdır.

Əgər anevrizmanın ölçüsü böyüyərsə, beyində sinir uclarını sıxır. Bu zaman insult, qansızma, partlama riski artır”.

Anevrizma nevroloji problemlər də yaradır.

Aygün Musayeva