Tez-tez qorxan uşaqlar böyüdükdə depressiya yaşaya bilər

  • 2022.10.28 16:15
  • 2382 Baxış
Tez-tez qorxan uşaqlar böyüdükdə   depressiya yaşaya bilər

Uşaqlıq qorxuları gənc yaşda depressiyaya çevrilə bilər.

"Medicina" xəbər verir ki, uşaq yaşlarda temperament və əhval-ruhiyyə ilə bağlı problemlər böyüdükdə depressiyaya gətirib çıxarır.

Texas universitetinin alimləri buna səbəbin neyron proseslərdə olduğunu izah edir.

Uşaqlıqda emosiyaları, əhvalı tormozlanan uşaqlar gənclik və yaşlı vaxtlarda depressiyaya həssasdırlar.
Onları eləcə də təşviş pozuntuları narahat edir.

4 aylıqdan 26 yaşa kimi 165 nəfər üzərində eksperiment göstərib ki, uşaqlıqda beyində başlayan mexanizmlər yaşlandıqca psixi sağlamlıqda dəyişiklik yaradır.

Bu nəticələr depressiyanın profilaktikavə müalicəsində fərdi xüsusiyyətləri nəzərə almağa yardım edə bilər.

Məlumdur ki, bəzi uşaqlar yeni obyekt, insanlar və vəziyyətlə üzləşəndə bəziləri sakit qarşılayır, digərləri qorxur.
Bir başqa uşaq isə ehtiyat edərək kontaktdan qaçır. Məhz bu davranış tormozlanmış davranış hesab edilir.

Belə uşaqlar yeniyetmə vaxtı təşviş pozuntusu ilə üzləşə bilər.

Aygün Musayeva