Təzyiqi salan, yaddaşı yaxşılaşdıran - üzüm çəyirdəyi

  • 14 İyl 2022 16:01
  • 1509 Baxış
Təzyiqi salan, yaddaşı yaxşılaşdıran   -  üzüm çəyirdəyi
Sağlamlıq və kosmetika sahəsində istifadə olunan, dərini xarici qıcıqlanmadan qoruyaraq sakitləşdirən, antioksidant təsirə malik üzüm tumu son illərin "təbii sağlamlıq iksiri" olub.

Mütəxəssislər üzüm tumunun güclü antioksidant təsirə malik olduğunu söyləməklə yanaşı, 25 yaşından yuxarı olan şəxslərə üzüm toxumu yeməyi məsləhət görürlər. Onların bu fikirləri insan bədəninin 25 yaşdan sonra antioksidant təsirə malik maddə ifraz etməməyinə əsaslanır. Bu yaşdan sonra insan orqanizmi müxtəlif xəstəliklərlə üzləşdiyinə görə mütəxəssislər orqanizmin ifraz etdiyi antioksidant maddə əvəzinə üzüm tumunu qəbul etməyi məsləhət görür.


Türkiyənin Ordu Universitetinin Ziraat fakultəsinin Bağça bitkiləri bölümünün professoru Doktor Turan Karadeniz apardığı araşdırmalarında üzüm tumunun aşağıdakı faydaları olduğunu kəşf etmişdir:

- mədə bağırsaq fəaliyyətini sürətləndirir

- ağciyər xəstəliklərində çox faydalıdır

- yaddaşı möhkəmləndirir

- xərçəng hüceyrələrinin əmələ gəlməsinin qarşısını alır.

- diabet xəstəlikləri zamanı faydası böyükdür

- sərbəst radikalların fəaliyyətini normaya salır

- yüksək təzyiqi aşağı salır

- qan damarlarını möhkəmləndirir

- xolesterolu aşağı salır

- xroniki venoz xəstəliklərində damarlardakı şişkinliyi və yorğunluğu aradan qaldırır

- bədəndəki artıq suların xaric olmasına səbəb olur

- göz damarlarını möhkəmləndirir.

Üzüm çərdəyinin faydasını araşdıran mütəxəssislər onun uşaqlara verilməsini tövsiyə etmirlər. Onlar sağlamlıq vasitəsi kimi uşaqlara üzümün özünü yeməyi məsləhət görürlər. /saglamolun.az/