Tibb Universiteti əmıkdaşlarının maaşı artırıldı

  • 2022.12.29 16:08
  • 2045 Baxış
Tibb Universiteti əmıkdaşlarının maaşı artırıldı
Azərbaycan Tibb Universitetində (ATU) çalışan professor-müəllim, tədris-köməkçi, mühəndis-texniki heyətin və inzibati-təsərrüfat işçilərinin vəzifə maaşları 2023-cü il yanvarın 1-dən orta hesabla 20%, onlara verilən əlavə əməkhaqqı isə 10% artırılacaq.



"Medicina" xəbər verir ki, bu həftə ATU-nun Böyük Elmi Şurasının iclasında qərar qəbul olunub.

Rektor, Gəray Gəraybəyli bu artımın son illərdə universitetimizə qəbul edilən xarici vətəndaşların sayının çoxalması sayəsində mümkün olduğunu deyib.