Tibbi sığorta üzrə bu bahalı əməliyyatın limiti artırıldı

  • 2022.06.06 14:07
  • 2079 Baxış
Tibbi sığorta üzrə bu bahalı əməliyyatın   limiti artırıldı

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Xidmətlər Zərfinə dəyişikliyin edilməsi barədə layihə hazırlanıb və aidiyyəti quruma təqdim olunub. Layihədə 700 tibbi xidmətin Xidmətlər Zərfinə daxil edilməsi və beləliklə ümumilikdə 3 000-dən çox tibbi xidmətin icbari tibbi sığorta çərçivəsində göstərilməsi nəzərdə tutulur.

Medicina.az xəbər verirt ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib ki, yeni tibbi xidmətlər limitli qaydada orqan transplantasiyası, ürək-damar cərrahiyyəsi, oftalmoloji və travmatoloji əməliyyatları əhatə edir.



"Bundan başqa, hazırda limit sayı 300 olan endoprotezləşdirmə əməliyyatının sayının 1200-ə qədər artırılması təklifi irəli sürülüb. Yeni Xidmətlər Zərfi təsdiqləndikdən sonra ictimaiyyətə ətraflı məlumat veriləcək", - deyə məlumatda bildirilib.