Timoşenko koronavirusa yoluxdu - Vəziyyəti ağırdır

  • 2020.08.23 16:24
  • 2191 Baxış
Timoşenko koronavirusa yoluxdu -  Vəziyyəti ağırdır
Ukraynanın “Batkivşina” partiyası və parlament fraksiyasının lideri Yuliya Timoşenko yeni növ koronavirusa yoluxub.

"BakuPost" xəbər verir ki, bu barədə siyasətçinin mətbuat katibi Marina Soroka bildirib:

“Təəssüf ki, bu, doğrudur. Test Yuliya Vladimirovnanın Covid-19-a yoluxduğunu göstərdi. Vəziyyəti ağırdır. Hərarəti 39 dərəcəyə yüksəlib. Mübarizə aparır”.