Tonus qaldıran içkilər tromb əmələ gəlməsini aktivləşdirir

  • 2022.11.17 18:11
  • 1239 Baxış
Tonus qaldıran içkilər tromb əmələ gəlməsini  aktivləşdirir

Tonus və enerji verici müasir içkilər içildikdən bir neçə saat sonra tromb əmələ gətirə bilir.

“Medicina” xəbər verir ki, terapevt həkim İrina Andreyeva energetik içkilərin hansı mexanizmləri işə saldığını açıqlayıb.


“Elmi tədqiqatlar göstərib ki, populyar içkilər çox sayda müxtəlif ürək-damar ağırlaşmalarına səbəb olur. Bura aritmiya, infarkt, qan laxtalanması, tromb aiddir. Yüksək kofein , taurin stimuləedici maddələr qanı laxtalandıra bilər.

Bəzi kişilərdə əvvəldən damar problemi olduğu üçün bu elə sürətlə də tromb əmələ gətirir.
Hətta çox ağır energetik içkilər ürək çatışmazlığına da səbəb ola bilir.

Bunun niyə baş verdiyini araşdırmaq alimlərin işidir. Amma bizim işimiz bu içkilərdən uzaq durmaqdır. Ürəyinizi təhlükəyə atmayın”.


Aygün Musayeva