Toxluq hissi yaradan qida - Dietoloq tövsiyəsi

  • 2024.03.06 13:00
  • 464 Baxış
Toxluq hissi yaradan qida  -  Dietoloq tövsiyəsi
Xüsusilə qış aylarında çox istifadə olunan şabalıd həm çiy, həm də bişmiş halda istehlak edilir.

Medicina.az xəbər verir ki, dietoloq Rıdvan Arslan şabalıdın faydalarını izah edib.

O, şabalıdı xörəklərə əlavə edərək və ya qovrulmuş halda yeməklə yanaşı, qlütensiz alternativ olaraq şabalıd ununa da üstünlük verilməsini tövsiyə edib.

Şabalıdın lif, vitamin və minerallarla zəngin olduğunu deyən dietoloq onun faydalı xüsusiyyətlərini belə sıralayıb:

- Şabalıd pəhriz lifi ilə zəngindir. Lif həzm sisteminin sağlamlığını dəstəkləyir, bağırsaq hərəkətliliyini artırır və doyğunluq hissi ilə çəkiyə nəzarət etməyi asanlaşdırır.

- Şabalıdın tərkibində C və B vitaminləri (B6, folat), həmçinin maqnezium və kalium kimi minerallar var. Bunlar immunitet sistemini dəstəkləmək və sümük sağlamlığını qorumaqda mühüm rol oynayır.

- Şabalıdın tərkibində antioksidantlar var. Antioksidantlar bədəndəki sərbəst radikallarla mübarizə apararaq ümumi sağlamlığı dəstəkləyir.

- Bəzi tədqiqatlar göstərir ki, şabalıd istehlakı qan şəkərini tənzimləyə bilər. Tərkibindəki lif həzm prosesini yavaşlatmaqla qan şəkərini daha sabit səviyyədə saxlamağa kömək edir.

- Şabalıdın tərkibindəki lif və digər qida maddələri xolesterol səviyyəsini tənzimləyir.


Aysel