Toylarda, şənliklərdə adam sayına olan məhdudiyyət - Ləğv edildi

  • 2022.03.05 18:42
  • 1488 Baxış
Toylarda, şənliklərdə adam sayına olan məhdudiyyət   - Ləğv edildi


Sabahdan Azərbaycanda xüsusi karantin rejimi yumşaldılır.

Bu barədə Baş nazir Əli Əsədov müvafiq qərar imzalayıb.

Medicina.az xəbər verir ki, qərara əsasən, 2022-ci il 6 mart tarixindən etibarəm


- şənlik mərasimlərinin (toy, nişan, ad günləri və s.) keçirilməsində tətbiq edilən say və vaxt məhdudiyyəti;

- ərazisində ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanların fəaliyyəti ilə bağlı vaxt məhdudiyyəti, həmçinin hər bir masa arxasında 6 nəfərdən artıq toplaşmaqla bağlı məhdudiyyətləri aradan qaldırılır.