Tramp koronavirus testi verdi - Nəticə açıqlandı

  • 2020.03.15 10:56
  • 2365 Baxış
Tramp koronavirus testi verdi -  Nəticə açıqlandı
ABŞ prezidenti Donald Trampdan koronavirusla bağlı götürülən analizlərin cavabı məlum olub.

Medicina.az xəbər verir ki, bu barədə məlumat Trampın həkimi Şon Konlinin memorandumunda yer alıb.


“Dünən axşam prezidentlə COVID-19 testini verməklə bağlı ətraflı danışdıqdan sonra o razı oldu. Bu axşam testin mənfi nəticə verdiyi barədə məlumat aldım”, - deyə Ağ Evin yaydığı bəyanatda bildirilib.