Travmatologiya institutuna yeni direktor təyin edildi

  • 2023.01.12 14:49
  • 2110 Baxış
Travmatologiya institutuna yeni direktor təyin edildi

Tibb üzrə fəlsəfə doktoru Fərhad Verdiyev Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna direktor təyin olunub.

"Medicina" xəbər verir ki, F.Verdiyev bu təyinata qədər Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsində çalışıb.

Bundan əvvəl həmin tibb müəssisəsinin direktoru Elviz Qasımov ötən ilin dekabrında TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun əmri ilə Respublika Klinik Xəstəxanasına direktor təyin edilib.


2023-cü il yanvar ayının 1-dən etibarən Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu və daha 8 tibb müəssisəsi TƏBİB-in idarəçiliyindən çıxarılaraq Səhiyyə Nazirliyinin tabeliyinə verilib.