Trixomonoz – diaqnoz necə qoyulur?

  • 2025.09.04 21:50
  • 160 Baxış
Trixomonoz – diaqnoz necə qoyulur?


Bu xəstəliyin diaqnozu bir çox klinika və laboratoriyalarda qeyri-peşəkarcasına qoyulur.


“Medicina” xəbər verir ki, bunu infeksionist Eldar Məmmədov deyib.


“Xəstələr çox gəlir ki, mənə trixomonaz diaqnozu qoyulub, müalicə alıram, amma yenə də sağalmır, analizdə çıxır. Burda acı reallıq budur ki, keyfiyyəti çox aşağı olan laboratoriyalarda dırnaqarası diaqnozlar qoyur.
Bu da yolverilməzdir, xəstə boşuna dərman içir.

Trixomonozda ən ideal müayinə metodu PZR yaxma analizidir. Bu analiz parazitin DNT-sini müəyyən edir. Mikroskopik müayinə sadəcə leykositlərin artımını və müalicə təqibi üçün lazımdır. İnfeksiyanı dəqiq bilmək üçün PZR analizi mütləqdir.

Biz bəzən xəstədən o analizi götürəndə müəyyən olur ki, ümumiyyətlə onda trixomonoz olmayıb.

Başqa cinsi infeksiyalar var ki, şikayətlər eyni olur. Müalicə isə fərqlidir. Ona görə etibarlı həkim və laboratoriyalara müraciət edin”.


Aygün Musayeva