Türkiyə Deltaya görə sərhədlərini bağlayacaq

  • 19 İyl 2021 17:49
  • 427 Baxış
Türkiyə Deltaya görə sərhədlərini bağlayacaq

Türkiyənin Turizm və Mədəniyyət naziri Mehmet Nuri yeni mutasiyaya görə ölkə sərhədlərinin xarici ölkə vətəndaşlarına bağlana biləcəyini deyib.

Medicina.az xəbər verir ki, nazir vəziyyətin vaksinasiyanın gedişindən asılı olduğunu deyib. Peyvəndləmə istər Türkiyə, istər digər ölkələrdə zəif templə getsə, sərhədlər bağlanacaq.

Lakin 2021- ci il turizm mövsümündə Türkiyə kurortları 25 milyon turisti qəbul edəcək.


Xatırladaq ki, 18 iyulda Türkiyədə son 2 ayın ən yüksək yoluxması qeydə alınıb. 7680 nəfər koronavirusa yoluxub, onların 760 nəfərində Delta aşkarlanıb.