Türkiyə klubunda kütləvi yoluxma qeydə alındı

  • 2020.11.07 12:32
  • 29859 Baxış
Türkiyə klubunda kütləvi yoluxma qeydə alındı

Türkiyənin 1-ci liqasında çıxış edən "Adana Demirspor" komandasında koronavirusa kütləvi yoluxma qeydə alınıb.

"BakuPost" klubun rəsmi saytına istinadən xəbər verir ki, Adana təmsilçisinin 24 futbolçusunun testi müsbət nəticə verib.

Bundan əlavə, texniki heyətin 2 üzvü və klubun 3 işçisində infeksiya aşkarlanıb.

Qeyd edək ki, "Adana Demirspor" noyabrın 8-də səfərdə "İstanbulspor"la qarşılaşmalı idi.