Türkiyədə 6 aylıq uşaqlara səhvən koronavirus peyvəndi vuruldu

  • 2021.09.24 10:24
  • 973 Baxış
Türkiyədə 6 aylıq uşaqlara  səhvən koronavirus peyvəndi vuruldu
Türkiyədə 6 aylıq uşaqlara səhvən koronavirusa qarşı peyvənd vurulub.

Medicina.az xəbər verir ki, məlumatı İzmirdə Ege Universitetinin tibb fakültəsinin professoru Zafer Kurugöl “NTV” telekanalının efirində açıqlayıb.

Onun sözlərinə görə, 6 aylıq uşaqlara qızılca və ya hepatit B xəstəliklərinə qarşı peyvənd əvəzinə COVID-19 vaksini vurulub.

Zafer Kurugöl, həmçinin qeyd edib ki, bu, uşaqlarda heç bir əks təsir göstərməyib, hətta onlarda koronavirusa qarşı antitel yaradıb.

Bu açıqlamanın ardından Türkiyənin Səhiyyə Nazirliyi və Ege Universitetinin tibb fakültəsi araşdırmalara başlayıb.