Türkiyədə COVID-19-dan ölüm sayında rekord

  • 21 Apr 2021 21:13
  • 340 Baxış
Türkiyədə COVID-19-dan ölüm sayında rekord
Türkiyədə koronavirusla bağlı bu günə olan vəziyyət açıqlanıb.

Medicina.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu gün ölkədə 362 nəfər koronavirusdan ölüb.

318 min 967 COVID-19 testi aparılıb ki, bunun da 61 min 967-si müsbət çıxıb.

Ağır xəstə sayı 3 min 398 təşkil edir.

52 min 213 nəfər koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 3 milyon 844 min 342-yə çatıb.