Türkiyədə COVID-19: Son statistika

  • 2021.04.25 22:04
  • 1309 Baxış
Türkiyədə COVID-19:  Son statistika

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 347 nəfər həyatını itirib.

Medicina.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyasına yoluxma sayında azalma müşahidə olunmağa başlanıb. Son 24 saatda 38 553 nəfərin koronavirus testi pozitiv nəticə verib, 3590 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Ölkə üzrə bu infeksiyadan ümumilikdə 38 358 nəfər ölüb.

Türkiyədə indiyədək 4 629 969 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 073 644-ü müalicə olunaraq sağalıb.