Türkiyədə daha 346 nəfər COVID-19-dan öldü

  • 2021.04.20 23:03
  • 1156 Baxış
Türkiyədə daha 346 nəfər COVID-19-dan öldü
Türkiyədə son sutkada 55 802 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib.

Medicina.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Gündəlik statistikaya əsasən, son 24 saatda 61 028 nəfər COVID-19-dan dünyasını dəyişib.

Hazırda ölkə üzrə bu infeksiyadan ölənlərin ümumi sayı 36 613 nəfərdir, 3 375 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Türkiyədə indiyədək 4 384 624 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 3 792 129-u müalicə olunaraq sağalıb.