Türkiyədə daha 47 nəfər koronavirusdan vəfat etdi

  • 2020.09.01 21:00
  • 2517 Baxış
Türkiyədə daha 47 nəfər koronavirusdan vəfat etdi
Türkiyədə son sutka ərzində daha 47 nəfər koronavirusdan ölüb.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib. Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 6 417 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 109 443 nəfərdən 1 572-nin cavabı pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 271 705 nəfərə çatıb. Müalicə olunan 1 003 xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 245 929 nəfər təşkil edir".