Türkiyədə ən yaxşı həkim və klinikanı necə seçməli ? – Xaricdə müalicənin 5 PRİNSİPİ

  • 29 Noy 2019 17:04
  • 2945 Baxış
Türkiyədə ən yaxşı həkim və klinikanı necə seçməli ?  – Xaricdə müalicənin 5 PRİNSİPİ



Mualicə və muayinə üçün xarici ölkələrə üz tutan həmvətənlilərimizin sayı hər il artır. Muasir və keyfiyyətli muayinə və mualicə axtarışında olan pasientlərin ən çox üstünlük verdikləri ölkə Türkiyədir. 

 

Niyə Türkiyə?



Türkiyə uzun illərdir dünyanın ən inkişaf etmiş səhiyyə sistemlərindən birinə sahibdir. Rəsmi rəqəmlərə istinadən Türkiyəyə müalicə üçün 2018-ci ildə 800 000 dən çox pasient gəlib. Burada tibbin hər sahəsində yüksək səviyyədə muayinə və mualicə imkanları vardır. JCİ standartına uyğun xəstəxanalar sayısına görə Türkiyə dünya üzrə ilk sıralardadır. (JCİ standartı xəstəxanalarda tətbiq edilən beynəlxalq keyfiyyət standartlaşdırma sistemidir). 

Ancaq ən önəmlisi Türkiyə güclü həkim və həkim yetişdirmə potensialına malik olan ölkədir. Bütün dünyadan tibb elmini və tibbdə yenilikləri öyrənmək üçün Türkiyəyə həkim və tələbələr gəlir, burada dünya miqyaslı elmi işlər və tədqiqatlar aparılır. Tükiyənin özəl universitet xəstəxanalarında xarici ölkələrdən gələn xəstələrə ağır genetik xəstəliklərindən tutmuş, çətin cərrahi əməliyyatlarına qədər yardım göstərilir. 




Ancaq xaricdə mualicə prosesi göründüyü qədər asan deyil. 

Burada bir neçə önəmli məqam var.


-Muayinə və mualicənin düzgün planlanması, qiymətli vaxtın və maddi resursların səmərəli istifadəsi çox vacibdir. Pasientin bir neçə tibbi problemi varsa, bunları birincil və ikincil olaraq ayırmaq, ilk növbədə birincil xəstəliyi müəyyən edib muayinələri və mualicəyi planlamaq, daha sonra ikinci dərəcə problemləri diqqət yetirmək lazımdır. 




-Xüsusən pasient bir neçə həkimdə muayinə olacaq isə və mualicəsində bir neçə mütəxəssis iştirak edəcəksə, ümumi proses mütləq bir həkim tərəfindən koordinasiya edilməlidir. Bu həkim, xəstəni muayinə edən həkimlərdən bütün məlumatı alıb, ümumi mualicə prosesini həyata keçirdir və xəstəyə aparılan tədqiqatlar və mualicə haqqında ətraflı izahat verir. Çünkü xəstə mualicədə iştirak etməlidir.


-Bəzən xəstəxanalarda xəstəyə ehtiyacı olmayan analiz və tədqiqatlar təyin edilə bilər. Bu hallar mualicəni koordinasiya edən həkim tərəfindən aşkar olunur və xəstə xəbərdar edilir.



-Və nəhayət, Türkiyədə minlərcə həkim və xəstəxana arasında öz sahəsində ən təcrübəli olanları axtarıb tapmaq çətin və vaxt aparan prosesdir. İnternetdə yazılan məlumatlara əsaslanaraq mualicə həkimi seçmək doğru deyil, bu barədə peşəkar dəstək almaq vacibdir.



Beləliklə aydın olur ki, Türkiyədə və ümumiyyətlə xaricdə mualicə prosesin bir çox incəlikləri və müəyyən çətinlikləri vardır. Mualicə üçün xarici ölkəyə üz tutan pasient təbii olaraq bunlardan xəbərdar deyil və tək arzusu tezliklə sağlamlığına qovuşmaqdır. 

 

 




FAMAX Medical Tourism bu yükü üzərinizdən götürür




Muayinə və mualicə prosesinin yüksək səviyyədə təşkil edilməsi və peşəkar həkim nəzarətində aparılması üçün tibbi sənədərinizlə birlikdə Bakıda yerləşən Azərbaycan ofisimizə müraciyət etməniz kifayətdir. İlk müraciyət vaxtı pasiyent tibb elmləri doktoru tərəfindən muayinə edilir, şikayətləri dinlənir və tibbi sənədlərə baxış keçirilir. Alınan məlumat İstanbuldaki baş ofisə göndərildikdən sonra pasiyentin xəstəliyi ilə məşğul olan ən təcrübəli həkimlər müəyyən edilib pasiyentin problemi müzakirə edilir. Təxmini bər neçə saat ilə 1 gün ərzində əldə edilən bu məlumat pasientə bildirilir.




Türkiyədə muayinə və mualicənin hər mərhələsində pasiyentin yanında FAMAX Medical Tourism əməkdaşı olur, tərcümə və rəsmi prosedurları pasiyent üçün həyata keçirdir. Bütün nəticələr və həkim rəyləri qeydə alınır və yerində pasiyentə izah edilərək mualicə prosesi haqqında dəqiq məlumat verilir. Beləliklə pasiyent öz müalicəsində istərsə iştirak edə bilir.




Mualicə başa çatdıqdan və pasiyentimiz vətəninə qayıtdıqdan sonra da verdiyimiz xidmətlər davam edir. Mualicəyə bağlı hər hansı məlumat almaq və yaxud tibbi məsləhət almaq üçün istənilən vaxt ofisimizə müraciyət etmək mümkündür.

Türkiyədə keyfiyyətli müalicə almaq imkanı sadəcə telefon zəngi qədər yaxındır. Sizə kömək etmək üçün hazırıq. 

Ünvan: 28 May küçəsi 69

TeL: 050 444 30 20






 

 







Türkiyədə ən yaxşı həkim və klinikanı necə seçməli ?  – Xaricdə müalicənin 5 PRİNSİPİ