Türkiyədə koronavirus sürətlə yayılır - Ölü sayı 100-ə çatır

  • 2020.03.27 21:41
  • 2264 Baxış
Türkiyədə koronavirus sürətlə yayılır -   Ölü sayı 100-ə çatır
Türkiyədə son sutka ərzində koronavirusa yoluxanların sayı 2,1 min nəfər artaraq 5698-ə, ölənlərin sayı isə 92-yə çatıb. Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

“Bu gün 7533 test keçirilib, onlardan 2069-u müsbət nəticə verib, bizdə ümumilikdə 5698 xəstə var. Biz daha 17 pasiyentimizi itirdik, ümumilikdə 92 ölü var”, - Qoca jurnalistlərə deyib.


Qeyd edək ki, daha əvvəl 75 nəfərin öldüyü, 3629 nəfərin yoluxduğu barədə xəbər verilirdi.