Türkiyədə yoluxma ilin rekordunu vurdu

  • 2021.10.12 14:14
  • 1015 Baxış
Türkiyədə yoluxma ilin rekordunu vurdu

Türkiyədə koronavirusa yoluxanların sayı aprelin 30-dan bu yana ən yüksək həddə çatıb.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, oktyabrın 11-də 30 563 yeni COVID xəstəsi aşkar olunub.


Sutka ərzində virusdan 188 nəfərin vəfat etdiyi bildirilib.

Qeyd edək ki, indiyədək Türkiyədə ən yüksək günlük yoluxma sayı cari ilin aprelin 16-da qeydə alınıb və 63 082 nəfər təşkil edib.

Ən yüksək sutkalıq ölüm faktı (394 nəfər) isə aprelin 30-na təsadüf edib.