Türkiyədə koronavirusa yoluxma artdı

  • 2020.09.06 22:23
  • 2382 Baxış
Türkiyədə koronavirusa yoluxma artdı
Türkiyədə son sutka ərzində daha 53 nəfər koronavirusdan ölüb.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca məlumat verib.

Nazir bildirib ki, bununla da ölkədə koronavirusdan ölənlərin ümumi sayı 6 673 nəfərə çatıb:

"Bu gün ölkədə koronavirus testindən keçən 96 842 nəfərdən 1 578-nin cavabı pozitiv çıxıb. Bununla da ölkədə koronavirusa yoluxanların sayı 279 806 nəfərə çatıb.
Müalicə olunan 1 013 xəstə isə bu gün evə buraxılıb. Bununla da koronavirusdan sağalanların ümumi sayı 251 105 nəfər təşkil edir".

Nazir bildirib ki, son həftədə sutkalıq xəstə sayı ən çox artan vilayətlər Van, Karaman, Erzincan, Çankırı və Kayseridır. Ağır xəstə sayı ən çox artan vilayətlər isə İstanbul, Ankara, Konya, Erzurum və Yozgatdır.