Türkiyədə koronavirusa yoluxma artır

  • 2020.08.31 22:16
  • 2328 Baxış
Türkiyədə koronavirusa yoluxma artır
Türkiyədə gün ərzində daha 44 nəfər koronavirusdan dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bununla da qardaş ölkədə COVİD-19 virusundan ölənlərin ümumi sayı 6 min 370 nəfərə çatıb.

Qeyd edək ki, Türkiyədə indiyədək 270 min 133 nəfər koronavirusa yoluxub.