Türkiyədə koronavirusdan ölənlərin sayı 4 minə yaxınlaşır

  • 2020.05.08 21:12
  • 2974 Baxış
Türkiyədə koronavirusdan ölənlərin sayı 4 minə yaxınlaşır
Türkiyədə son sutka ərzində 48 nəfər koronavirusdan dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca məlumat yayıb.

Nazirin sözlərinə görə, Türkiyədə bir gündə 1848 yeni yoluxma faktı qeydə alınıb. Bununla da ölkədə koronavirus qurbanlarının sayı 3689, yoluxanlar isə 135 min 569 nəfərə çatıb.

Türkiyədə indiyədək 86 min 396 nəfər koronavirusdan sağalaraq evə buraxılıb.