Türkiyədə koronavirusla bağlı son vəziyyət

  • 2020.08.15 22:44
  • 2931 Baxış
Türkiyədə koronavirusla bağlı   son vəziyyət
Türkiyədə son sutka ərzində daha 1 256 nəfərdə koronavirus aşkarlanıb, 21 nəfər isə dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların sayı 248 117-yə, ölənlərin sayı isə 5 955-ə yüksəlib.

Son sutka ərzində 992 xəstə sağalıb. İndiyədək sağalanların sayı 229 972 nəfərdir.