Türkiyədə koronavirusla bağlı son vəziyyət

  • 2020.09.05 23:48
  • 2183 Baxış
Türkiyədə koronavirusla bağlı   son vəziyyət
Türkiyədə son sutka ərzində daha 1 673 nəfərdə koronavirus aşkarlanıb, 56 nəfər isə dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bununla da ölkədə virusa yoluxanların sayı 278 228-ə, ölənlərin sayı isə 6 620-yə yüksəlib.

Son sutka ərzində 984 xəstə sağalıb. İndiyədək sağalanların sayı 250 092 nəfərdir.