Türkiyədə koronavirusla bağlı son vəziyyət

  • 2020.09.09 21:01
  • 1498 Baxış
Türkiyədə koronavirusla bağlı  son vəziyyət
Türkiyədə gün ərzində daha 55 nəfər koronavirusdan dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə Türkiyə Səhiyyə naziri Fəxrəddin Qoca məlumat yayıb.

Onun sözlərinə görə, ölkədə koronadan ölənlərin ümumi sayı 6 min 837 nəfərə çatıb.

Nazir qeyd edib ki, Türkiyədə indiyədək 254 min 188 nəfər koronavirusa yoluxub.