Türkiyədə koronavirusla bağlı son statistika

  • 2020.10.14 22:19
  • 5371 Baxış
Türkiyədə koronavirusla bağlı  son statistika
Türkiyədə son sutka ərzində 57 nəfər koronavirus (COVID-19) infeksiyasından dünyasını dəyişib.

Medicina.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə naziri Fahrettin Koca bildirib.


Nazirin sözlərinə görə, daha 1671 yeni yoluxma faktı qeydə alınıb. Bununla pandemiya qurbanlarının sayı 9014, virusa yoluxanlar isə 340 450 nəfərə çatıb.

Türkiyədə indiyədək 298 min 368 pasiyent (son sutkada 1396 nəfər) sağalaraq evə buraxılıb.