Türkiyədə koronavirusla bağlı SON STATİSTİKA

  • 2021.05.17 23:43
  • 1442 Baxış
Türkiyədə koronavirusla bağlı  SON STATİSTİKA
Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 223 nəfər ölüb.

Medicina.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Türkiyədə gündəlik statistikaya əsasən, COVID-19 infeksiyası ilə əlaqədar 206 min 836 nəfər test edilib, onların 10 min 174-nün koronavirus testi pozitiv nəticə verib, 13 min 864 nəfər sağalıb, 2 min 326 koronaviruslu xəstənin isə vəziyyəti ağırdır.

Hazırda ölkə üzrə bu infeksiyadan ümumilikdə 44 min 983 nəfər ölüb.

Türkiyədə indiyədək 5 miyon 127 min 548 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 4 milyon 961 min 120 nəfəri müalicə olunaraq evə buraxılıb.