Türkiyədə pandemiyanın ikinci zirvəsi elan edildi

  • 2020.09.03 00:39
  • 2330 Baxış
Türkiyədə pandemiyanın ikinci zirvəsi elan edildi
“Xəstələrin və ölüm sayının artımından məyusuq. Son dönəmdə ən ciddi artım Ankaradadır”.

Medicina.az xəbər verir ki, Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurmunun növbəti toplantısından sonra belə bildirib.

Nazir deyib ki, ölkə boyu COVID-19 infeksiyasının yayılması nəzarətdədir və Türkiyə birinci dalğanın 2-ci zirvəsindədir.

F.Qoca vurğulayıb ki, indiyədək 29 min 865 səhiyyə işçisi COVID-19 infeksiyasına yoluxub, 52 səhiyyə işçisi isə bu virusdan həyatını itirib.