Türkiyədə Parkinsonun müalicəsində yenilik

  • 2023.04.14 15:37
  • 2007 Baxış
Türkiyədə Parkinsonun müalicəsində yenilik
Türkiyədə mütəxəssislər araşdırmalarda yeniliyə imza atıblar.

Həkim – professor Yeşim Güzey Arasın sözlərinə görə, Türkiyədə hər il 10 min nəfərdə Parkinson diaqnozu qoyulur.

“Medicina” xəbər verir ki, Dos. Dr. Yeşim Güzey Aras 2030-cu ilə qədər xəstələrin sayının dünyada 30 milyona çatacağını bildirib.

Hüceyrələrdəki zədələri tamamilə düzəldəcək bir müalicə üsulu hələ ki, mövcud deyil. Lakin düzgün müalicə ilə xəstəliyin əlamətləri əhəmiyyətli dərəcədə azaldıla bilər.

Hərəkətsizlik pozğunluqları beyin hüceyrələrinin bir-biri ilə əlaqə saxlamasını təmin edən dofamin adlı maddəni istehsal edən bölgəyə zərər verən xəstəlikdir. Dofamin beyində hərəkətlərin idarə olunması, harmoniya və axıcılıqdan məsuldur. Dofamin istehsal edən hüceyrələrin 70-80 faizi zədələndikdə xəstəliyin əlamətləri meydana çıxır. Parkinson xəstəliyi həm də Alzheimer xəstəliyindən sonra ikinci ən çox yayılmış neyrodegenerativ (beyin hüceyrələrinin itirilməsi ilə) xəstəlikdir.

Bu xəstəlikdə neyrodegenerasıya prosesi 20 il öncədən başlayır. Xəstəliyin ilk əlamətləri çox vaxt dincələn barmaqlarda baş verən titrəmələr, hərəkətlərin ləngiməsi, yataqda çevrilə bilməməsi, üz ifadəsinin kütləşməsi, əl yazısının pisləşməsidir.

Yüngül mərhələdə xəstə tam müstəqildir və başqalarının köməyinə ehtiyac duymadan gündəlik işləri və özünə qulluq edə bilir.

Orta mərhələdə xəstələrin bəzi gündəlik həyat fəaliyyətləri (alış-veriş, ev işləri, təmizlik kimi) və özünə qulluq (təraş, çimmək) bağlı köməyə ehtiyacı var.

Üçüncü mərhələdə xəstənin demək olar ki, bütün gündəlik həyat fəaliyyətlərində və özünə qulluqda kömək lazımdır. Bu mərhələdə əlavə olaraq demans (unutqanlıq), yuxular (halüsinasiyalar) da yoldaşlıq edə bilər.

Mütəxəssis onu da bildirdi ki hər titrəmə Parkinson xəstəsi deyil.

Qəbizlik, depressiya, qorxu və ya qorxusuzluq hissi, görmə problemləri, yatarkən çiyin ağrıları kimi əlamətlər Parkinsonun xəbərçisi sayıla bilər.

Günay Quliyeva