Türkiyədə son sutkada koronavirusdan 57 nəfər öldü

  • 2020.10.04 21:02
  • 13812 Baxış
Türkiyədə son sutkada koronavirusdan 57 nəfər öldü

Türkiyədə son sutka ərzində koronavirusdan (COVID-19) 57 nəfər ölüb.

Bu barədə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca bildirib.

Nazir açıqlamasında qeyd edib ki, son 24 saatda 104 402 şübhəli koronavirus testindən keçib, onlardan 1429-nun cavabı pozitiv çıxıb, 1182 xəstə isə sağalaraq evə buraxılıb.

Ağır xəstə sayı 1475 nəfər olub.

Türkiyədə ümumilikdə 324 443 nəfər yeni növ koronavirus infeksiyasına yoluxub, indiyədək onlardan 285 050 nəfər sağalıb, 8441 nəfər ölüb.