Türkiyədə virusdan ölüm sayı 35 minə çatır - STATİSTİKA

  • 2021.04.14 21:22
  • 1110 Baxış
Türkiyədə virusdan ölüm sayı 35 minə çatır -  STATİSTİKA
Türkiyədə son sutkada 62 797 nəfərin koronavirus (COVID-19) testi pozitiv nəticə verib.

Medicina.az xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyi açıqlama yayıb.

Gündəlik statistikaya əsasən, son 24 saatda 279 nəfər COVID-19-dan dünyasını dəyişib.

Bu infeksiyadan ölənlərin ümumi sayı 34 734 nəfərdir.

Hazırda ölkə üzrə 2951 koronaviruslu xəstənin vəziyyəti ağırdır.

Türkiyədə indiyədək 4 025 557 3 nəfər koronavirus xəstəsi olaraq qeydə alınıb, onlardan 3 480 146 müalicə olunaraq sağalıb.