Türkiyədə yolda təcili yardıma hücum etdilər

  • 2023.08.03 16:25
  • 1702 Baxış
Türkiyədə yolda təcili yardıma hücum etdilər

Diyarbəkirdə tıxacda qalan 112 təcili yardım maşını heyəti yolda baş verən mübahisə nəticəsində bıçaqlı hücuma məruz qalıb.

“Medicina” xəbər verir ki, tıxacda təcili yardıma yol açmaq istəməyən avtomobildəkilərlə təcili yardım işçiləri ararında mübahisə düşüb.

Təcili yardımın önünü kəsən avtomobilin sərnişinləri ambulansa hücum edərək, 2 həkimi bıçaqlayıb, 2 işçini isə döyüblər.

Hadisə yerinə gələn digər 112 qrupu yaralıları xəstəxanaya aparıb.

Hücum edən 3 nəfər barədə cinayət işi açılıb.

Sağlıq Müdirliyi hücumu sərt qınayıb.

“Gecə-gündüz ən təhlükəli anlarda, zəlzələdə belə fədakarlıqla çalışan əməkdaşlara daim anlayışla yanaşmalıyıq”.

Aygün Musayeva