Türkiyədən açıqlama: "İrandan gətirilən 142 nəfərin test nəticəsi mənfi çıxdı"

  • 2020.02.26 20:00
  • 3999 Baxış
Türkiyədən açıqlama:  "İrandan gətirilən 142 nəfərin test nəticəsi mənfi çıxdı"
Türkiyənin Səhiyyə naziri Fahrettin Koca, koronavirus şübhəsi ilə Ankarada karantində olan xəstələrlə bağlı açıqlama verib.

BakuPost.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyədə koronavirusun olmadığını bildirən nazir İrandan gətirilən 142 nəfərdə xəstəlik əlamətləri qeydə alınmadığını, test nəticələrinin mənfi çıxdığını açıqlayıb.