Türkiyədən daha 107 Azərbaycan vətəndaşı gətirildi - Rəsmi

  • 2020.03.18 19:33
  • 2112 Baxış
Türkiyədən daha 107 Azərbaycan vətəndaşı gətirildi -  Rəsmi
Azərbaycanın milli aviadaşıyıcısı martın 18-də Azərbaycan vətəndaşlarının Türkiyədən qaytarılması üçün daha bir çarter reysi yerinə yetirib.

Bu barədə Medicina.az-a “Azərbaycan Hava Yolları” QSC-dən (AZAL) məlumat verilib.


"AZAL Antalya-Bakı reysi ilə 107 nəfər sərnişini vətənə gətirib. Bu təyyarə ilə Türkiyənin üç şəhəri - Antalya, Alanya və İzmirdə qalmış Azərbaycan vətəndaşları qayıda biliblər", - məlumatda bildirilir.

Xatırladaq ki, daha əvvəl Türkiyədən beş çarter reysi ilə 1 098 nəfər Azərbaycan vətəndaşı gətirilib.

Azərbaycanın milli aviadaşıyıcısı həmyerlilərimizin vətənə qaytarılması üçün çarter reyslərini yerinə yetirməyə davam edəcək.