Türkiyənin məşhur aktrisası COVID-19-a yoluxdu

  • 2021.03.31 10:00
  • 1419 Baxış
Türkiyənin məşhur aktrisası COVID-19-a yoluxdu

Türkiyənin məşhur aktrisası Hazal Kayaya COVID-19 diaqnozu qoyulub.

Medicina.az xəbər verir ki, “Pera Palas"da gecəyarısı” adlı serialda baş rolda oynayan sənətçi karantinə alınıb.

H.Kayanın koronavirus testinin nəticəsi pozitiv çıxandan sonra serial çəkilişlərinə 5 gün ara verilib. 30 yaşlı aktrisanın xəstəliyi yüngül keçirdiyi vurğulanıb.

Xatırladaq ki, Hazal Kaya Halit Ziya Uşaklıgilin eyni adlı romanının motivləri əsasında çəkilən “Aşk-ı Memnu”, həmçinin “Adını Fəriha qoydum” serialları sayəsində məşhurlaşıb.