Türkiyənin məşhur aktyoru xərçəngdən vəfat etdi

  • 2021.09.02 10:12
  • 1161 Baxış
Türkiyənin məşhur aktyoru  xərçəngdən vəfat etdi
Türkiyənin məşhur aktyoru Nüsret Çetinel dünyasını dəyişib.

Medicina.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, 69 yaşında vəfat edən aktyor xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

1952-ci il yanvarın 26-da anadan olan N.Çetinel “Behzat Ç.”, “Muhteşem Yüzyıl”, “İzmir çetesi” kimi seriallarda rol alıb.

Ankara Dövlət Konservatoriyasının məzunu olan aktyor həmçinin dublyaj sahəsində də çalışıb.