Türkiyəyə müalicəyə göndərilən qazi komaya düşdü: "Başına plastik qapaq qoydular..."

  • 2021.07.13 15:28
  • 1001 Baxış
Türkiyəyə müalicəyə göndərilən qazi komaya düşdü:  "Başına plastik qapaq qoydular..."
Vətən müharəsi qazisi, “Yaşat” Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən Yaqub Qəhrəmanlı komaya düşüb.

Medicina.az -ın məlumatına görə, onun dayısı Mehman Əhmədov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, Y.Qəhrəmanlı müharibədə başından zərbə alıb və gözünün arxa hissəsində qəlpə qalıbmış:

“İyulun 5-də Türkiyəyə aparıldı, orada əməliyyat etdilər, amma qəlpəni çıxarmaq mümkün deyildi. Başına plastik qapaq qoydular. Yaxşı idi, danışırdı, hərəkət edirdi.

İyulun 9-da xəstəxananın yataqxanasından çıxarıb amsafla aparmaq istəyəndə halı pisləşib, xəstəxanaya çatdırıblar, amma komaya düşüb”.

Qeyd edək ki, Y.Qəhrəmanlı Prezidentin sərəncamı ilə “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.

“Azəriqaz”ın əməkdaşı olan Y.Qəhrəmanlı həkim köməkçisi kimi öncə cəbhədə yaralılara tibbi xidmət edib.