Türklərin sevimli tərəvəzi yorğunluğun dərmanıdır

  • 2022.08.31 17:54
  • 2799 Baxış
Türklərin sevimli tərəvəzi   yorğunluğun dərmanıdır

Bamiya əti əvəz edən tərəvəz hesab olunur.

Medicina.az xəbər verir ki, bamiyanın tərkibi dəmir, zülal, dietik liflər, C, B6, K, A vitaminləri ilə zəngindir. Tərkibində fol turşusunun miqdarının çox olduğuna görə bamiya uşaqlar və hamilələr üçün ən faydalı qida hesab edilir.

Hamiləlik zamanı bamiya yemək dölün sinir sissteminin möhkəmlənməsinə səbəb olur. Bu tərəvəz qanda şəkərin miqdarını neytrallaşdırır, dietik liflər isə nazik bağırsaqların fəaliyyətini sürətləndirir. Mədə-bağırsaq fəaliyyəti zəif olan adamlara hər gün qida rasionunda bamiyadan istifadə etmək məsləhət görülür.


Bamiya angina, depressiya və xroniki yorğunluqdan əziyyət çəkənlər üçün çox əvəzsizdir. Bu tərəvəz dietik olmaqla bərabər ateresklerozdan əziyyət çəkənlər üçün əla qida vasitəsi hesab edilir. Bamiya yemək kapillyarların divarlarının da möhkəmlənməsinə səbəb olur. Bamiya orqanizmdən artıq xolesterinin və toksinlərin təmizlənməsinə səbəb olur.