Üçüncü dalğada bu insanlar risk altındadır - Xəstəliyi ağır keçirir

  • 2021.03.29 14:54
  • 1707 Baxış
Üçüncü dalğada bu insanlar risk altındadır -  Xəstəliyi ağır keçirir
Türkiyəli professor Alper Şener 3-cü dalğada aktiv işçi qrupunun daha çox risk altında olduğunu deyib.

Medicina.az xəbər verir ki, onun sözlərinə görə, 40-50 yaş arasında olanlar xəstəliyi daha ağır keçirməyə başlayıb:

“Yoxlanılanların 80 faizinin nəticələri pozitiv çıxır. Son 1.5 ayda gələn xəstələr daha tez vəziyyətləri pisləşir və reanimasiyada yatırlar. Problem həmişə eyni olur: Testi müsbət çıxan xəstə ilk başda hər şeyi normal keçirir, dərmanları qəbul edir. Birdən-birə nəfəs darlığı ilə dərhal həkimə müraciət edir. Bəzənsə birbaşa reanimasiyaya getməli olur. Müalicədə bir dəyişim yoxdur. Antitellər yenə eynidir. Üçüncü dalğada virusun dinamikası və yoluxma sayı dəyişdi. Ən yaxşı mübarizə virusu almadan özümüzü qorumaqdır. Vaksinasiyanı artırsaq bundan qurtula bilərik. Amma maska, sosial məsafə kimi ümumi qaydaları tamamən aradan qaldırmağı uzun müddət görməyəcəyik. Yalnız əhalinin 75 faizi vaksinasiya olunarsa normal həyata qayıda bilərik”.