"Üçüncü və dördüncü dalğalar ola bilər” - Professordan XƏBƏRDARLIQ

  • 2020.10.01 17:42
  • 14693 Baxış
"Üçüncü və dördüncü dalğalar ola bilər”  - Professordan XƏBƏRDARLIQ

Türkiyəli professor Mehmet Ceyhan koronavirusun üçüncü və dördüncü dalğası barədə xəbərdarlıq edib.

Medicina.az xəbər verir ki, “Haber Global”ın məlumatına görə, o, koronavirusun yaşlıya və uşağa eyni nisbətdə yoluxduğunu deyib.

O bildirib ki, 10-18 yaş qrupları yoluxuculuğuna görə ən riskli olanlardır. Çünki bu yaşda olanlar böyüklərdən daha çox yoluxucudurlar, bu, onların cəmiyyətlə təması ilə bağlıdır.

Professor qeyd edib ki, 2019-cu ildə İspan qripi də yoxa çıxdıqdan iki ay sonra yenidən yayılıb:

“İkinci dalğanın başlanması üçün əvvəlcə bütün dünyada virusun tamam bitməsi lazımdır. Bundan sonra bütün ölkələr arxayınlaşır və o zaman ikinci dalğa başlayır. Kifayət qədər tədbirlər görülməsə, üçüncü və dördüncü dalğalar ola bilər”.