Marketlərdə və onlayn platformalarda satılan bəzi ucuz kompressiya corabları gözlənilən tibbi təsiri göstərmir və sağlamlıq üçün risk yarada bilər.
Medicina.az xəbər verir ki, bu barədə Fransanın "60 Millions de consommateurs" jurnalı yazıb.
Bildirilib ki, keyfiyyətli tibbi kompressiya corabları topuq nahiyəsində dəqiq ölçülmüş, tədricən azalan təzyiq yaratmalıdır. Bunun üçün məhsulun müvafiq sertifikata malik olması və istifadəçinin ayaq ölçülərinə uyğun seçilməsi vacibdir.
Araşdırmada qeyd olunur ki, bəzi ucuz modellər bu tələblərə cavab vermədiyi üçün qan dövranını yaxşılaşdırmaq əvəzinə, əksinə, venoz qan axınına mane ola bilər.
Xanım,
Medicina.az