Udqunma zamanı qidanın boğazda və ya sinə nahiyəsində ilişməsi hissi bəzən sadə reflüks kimi qiymətləndirilsə də, mütəxəssislər bunun qida borusu xərçənginin erkən əlaməti ola biləcəyini bildirirlər.
Medicina.az xəbər verir ki, bu narahatlıq əvvəlcə bərk qidaların udulması zamanı yaranır, zamanla isə yumşaq qidalar və hətta mayelərin qəbulunu da çətinləşdirə bilər.
Mütəxəssislər qeyd edirlər ki, udqunma çətinliyi ilə yanaşı səbəbsiz çəki itkisi, sinə nahiyəsində ağrı və ya yanma, davamlı hıçqırıq, öskürək və səs tutulması kimi əlamətlər də müşahidə olunarsa, mütləq həkimə müraciət etmək lazımdır.
Erkən diaqnoz xəstəliyin müalicəsində mühüm rol oynadığı üçün davamlı udqunma problemi diqqətdən kənarda saxlanılmamalıdır.
Xanım,
Medicina.az