Ukraynada koronavirusa rekord yoluxma qeydə alındı

  • 2020.09.05 14:56
  • 2574 Baxış
Ukraynada koronavirusa rekord yoluxma qeydə alındı

Ukraynada yenidən koronavirusa yoluxmada yüksək göstərici qeydə alınıb.

Medicina.az xəbər verir ki, son sutka ərzində ölkədə 2 836 nəfər koronavirusa yoluxub. Ötən gün bu göstərici 2 723 nəfər olub.

Ölkədə daha 50 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ukraynada koronavirusa yoluxanların sayı 133 787 nəfərə çatıb. Onlardan 2 811 nəfəri ölüb, 61 649 nəfəri sağalıb.