Ukraynada yaralanan sürücülərimizin bədəni çürüyür - "Yalvarırıq, bizi çıxarın" - FOTOLAR

  • 2022.03.14 15:20
  • 1970 Baxış
Ukraynada yaralanan sürücülərimizin bədəni çürüyür  - "Yalvarırıq, bizi çıxarın" -  FOTOLAR


Xarkovda yaralanan azərbaycanlıların vəziyyəti gündən-günə ağırlaşır.

Yaralılardan biri Yusif Bayramov Bakupost.az -a vəziyyəti ilə bağlı açıqlama verib və ölümlə üz-üzə olduqlarını deyib.

Qeyd edib ki, hazırkı antisanitariya vəziyyətində çox dözə bilməyəcəklər:

“Həm Samir Tahirovun (digər yaralı - red.), həm də mənim yaram getdikcə pisləşir, ağırlaşır. Azərbaycandan zəng edib halımızı belə soruşmayıblar. Heç səfirlikdən də zəng edən olmayıb.

Artıq ümidimizi itirmişik, çox çarəsizik. Əgər bir həftə də burada qalsaq, vəziyyətimiz yaxşı olmayacaq. Yaranın bitişməsi və sağalması üçün dərmanlar, xüsusi müalicə lazımdır ki, o da burada yoxdur.

Heç olmazsa, bizi Vətənimizə çatdırsınlar ki, qərib ölkədə ölməyək. Ən azından, bilərik ki, Vətəndə məzarımız var. Ailə üzvlərimiz bizim yolumuzu gözləyir və əllərindən heç nə gəlmir. Dövlətimizə yalvarırıq bizi buradan çıxarsınlar.

Tək istəyimiz Vətənə çatmaqdır. Orada ölsək də, eybi yoxdur. Amma qəriblikdə ölsək, heç kim bizə sahib çıxmaz, məzarımız da olmayacaq. Azərbaycan dövlətindən artıq dərəcədə xahiş edirik, bizi tezliklə buradan çıxarsınlar”.